Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Almaniyaya 302,3 milyon ABŞ dolları dəyərində 562,2 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 2,9 faiz və ya 8,4 milyon dollar, həcm baxımından isə 27,6 faiz və ya 121,5 min ton üstələyir.
Cari ilin ilk 6 ayı ərzində ölkədən ümumilikdə 6,4 milyard dollar dəyərində 12 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Almaniya 6-cı yerdə qərarlaşıb və ixrac həcminin 4,66 faizi bu ölkənin payına düşüb.