AZ

İtaliya Azərbaycandan neft alışını 60%-ə yaxın artırıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İtaliyaya 3,602milyard ABŞ dolları dəyərində 6,821 milyon ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 881 milyon ABŞ dolları və ya 32,4%,həcm ifadəsində isə 2,547 milyon ton və ya 59,6% çoxdur.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan İtaliyaya2,721 milyard ABŞ dolları dəyərində 4,274 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilmişdi.

Dövr ərzində İtaliya Azərbaycanın ən çox neft ixrac etdiyiölkələr sırasında ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18ölkəyə 6,4 milyard ABŞ dolları dəyərində 12 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 602,8 milyon ABŞ dolları və ya 8,6% az, həcm ifadəsindəisə 947,5 min ton və ya 8,5% çoxdur.

Seçilən
7
11
az.trend.az

10Mənbələr