AZ

Almaniya Azərbaycandan neft alışını 27%-dən çox artırıb

Almaniya

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Almaniyaya 302,4 milyon ABŞ dolları dəyərində 562,3 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,5 milyon ABŞ dolları və ya 2,9%, həcm ifadəsində isə 121,6 min ton və ya 27,6% çoxdur.Dövr ərzində Almaniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18 ölkəyə 6,4 milyard ABŞ dolları dəyərində 12 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 602,8 milyon ABŞ dolları və ya 8,6% az, həcm ifadəsində isə 947,5 min ton və ya 8,5% çoxdur.Ulusum.az

Diqqət Çəkənlər

Xəzər Universitetinin 54-cü Məzunluq Mərasimi – Gözəl və Yaddaqalan Anlar! - FOTO

Xəzər Universiteti ilə Qürur Dolu Anlar: “MƏZUN-2025” Tədbiri - VİDEO

Rubio Ağ Evdə nüfuzunu artırır — Trampın əsas adamı kimdir?

phrase_var_article.chosen
3
11
ulusum.az

10phrase_var_article.sources