Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Almaniyaya 302,4 milyon ABŞ dolları dəyərində 562,3 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,5 milyon ABŞ dolları və ya 2,9%, həcm ifadəsində isə 121,6 min ton və ya 27,6% çoxdur.
Dövr ərzində Almaniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.