RU

"Putinin bütün həyat yolu və idarəçilik tərzi zorakılığa, qorxutmağa və şantaja əsaslanır" - Feyqin

"Alkoqolik Yeltsini DTK keçmişi olan birisini öz varisi seçdiyi üçün heç kim heç vaxt bağışlamayacaq..."

Rusiyalı hüquqşünas və bloger Mark Feygin Fransada yaşasa da, Rusiya siyasətindəki dönüş nöqtələrini hələ də diqqətlə izləyir. O, Vladimir Putinin mənəvi və siyasi xarakterini sərt şəkildə tənqid edib.

Moderator.az xəbər verir ki, bu barədə o, "gordonua.com" nəşrinə verdiyi müsahibəsində danışıb.

Feyginə görə, Rusiyanın hazırkı prezidentinin bütün həyat yolu və idarəçilik tərzi zorakılığa, qorxutmağa və şantaja əsaslanır. "Kimlərsə deyir: "O, oğrudur, amma cani deyil". Bu sözləri 2000-ci illərin əvvəlində tez-tez eşidirdim. Həmişə belə cavab verirdim: "Siz doğrudan inanırsınız ki, bir insan DTK-dan çıxıb və sadəcə oğru ola bilər?" Kimin haqlı olduğu zamanla ortaya çıxıb", - Feyqin vurğulayıb.

O, bildirir ki, keçmiş prezident Boris Yeltsin xalqın bağışlamayacağı bir səhvə yol verib - öz yerinə məhz DTK keçmişi olan Putini seçib. "O, başqa birini seçə bilərdi. Bu haqda uzun-uzadı müzakirə etmək olar. Amma Yeltsin seçimini məhz bu adamdan yana edib. Putinin bütün varlığı keçmişə - imperiyaya, DTK-ya, SSRİ-yə qayıtmaq istəyinə köklənib. Belə bir adamın fərqli düşünməsi mümkün deyildi".

Putin və zorakılıq üzərində qurulmuş sistem

Feyqinin sözlərinə görə, Putin artıq 25 ildir ki, ölkəni totalitar və repressiv bir sistemlə idarə edir. Və bu sistemin əsasında zorakılıq dayanır. Onun üçün müharibə, - istər Ukraynaya bomba atmaq, istərsə də şəhərləri raketlərlə vurmaq, -  sadəcə qərarların həyata keçirilmə üsuludur. "Bu, sadəcə sosiopatın, maniyanın qərarıdır. O, bunu adi statistika kimi qəbul edir. Özünü sovet diktatoru Stalinlə eyniləşdirir. Bu isə olduqca təhlükəli bir haldır", -  hüquqşünas əlavə edir.

Putin və şəxsi həyatın sirri

Putin 2000-ci ildən bu yana Rusiya rəhbərliyindədir. 2008-2012-ci illərdə formal olaraq baş nazir postunu tutsa da, ölkə faktiki olaraq yenə onun idarəsində olub. Rəsmi şəkildə 2018-ci ildə dördüncü prezidentlik müddətinə seçilən Putin 2024-cü ildə beşinci dəfə və bu dəfə artıq qeyri-legitim olaraq hakimiyyəti əlində saxlayır.

Onun şəxsi həyatı isə daim gizli saxlanılıb. Əvvəlki həyat yoldaşı Lyudmila ilə nikahından iki qızının - Mariya və Yekaterina olduğu məlumdur. Rusiya mediasına görə, onlar hazırda fərqli - Vorontsova və Tixonova soyadları ilə yaşayır.

Bəzi məlumatlara görə, Putin gimnast Alina Kabayevadan olan oğlu İvanı hakimiyyətin gələcək sahibi kimi hazırlayır. Bu iddia 2024-cü ilin mayında hüquq müdafiəçisi Vladimir Oseçkin tərəfindən irəli sürülüb.

Feyqinin fikirləri bir daha onu göstərir ki, Rusiyada problemin kökü yalnız idarəetmə üsulunda deyil, bu sistemin banisi olan şəxsin keçmişində və psixoloji təməllərində yatır. Onun üçün zorakılıq məqsədə çatmağın yeganə yoludur. Və bu, təkcə Rusiya üçün deyil, bütün region üçün təhlükə mənbəyinə çevrilib.

Избранный
36
50
moderator.az

10Источники