RU

“Prezidentin Azərbaycan mediası haqqında söylədiyi fikirlər mətbuatımızın 150 illiyinə verilən ən böyük qiymətdir” - RƏY

“Azərbaycan mətbuatı tarix boyu həmişə dövlətin və xalqın maraqlarını peşə dəyərlərindən üstün tutub. Həsən bəy Zərdabinin söylədiyi kimi, vilayətin aynası olmağa çalışıb, bu gün də çiyinlərindəki maarifçilik missiyasını davam etdirir. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda Azərbaycan mediası haqqında söylədiyi fikirlər bütövlükdə mətbuatımızın 150 illiyinə verilən ən böyük qiymətdir. Cənab Prezidentin bu yanaşması, söylədiyi fikirlər, jurnalistikamıza verilən bu qiymət fədakar Azərbaycan jurnalistləri üçün xüsusi əhəmiyyət daşıyır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlı deyib.

Akif

“Bu gün özünün böyük şərəfli tarixi bayramını qeyd edən jurnalistlərimiz yeni media texnologiyalarının gətirdiyi üstünlüklərdən istifadə edərək Azərbaycan dövlətinə, xalqımıza, onun mədəniyyətinə, ərazi bütövlüyünə, sülhpərvər siyasətinə qarşı olanlara ən yaxşı cavab vermək iqtidarındadır. İnanırıq ki, bundan sonra da Azərbaycan jurnalistləri həmrəyliyini gücləndirəcək, birlik və bərabərlik içində bütün media sferalarında vahid yumşaq güc olaraq milli maraqları üstün tutacaqlar”, - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 21 İyul 2025, 12:06   
Избранный
12
50
pravda.az

10Источники