AZ

"Bu gün bir çox xəbər platforması dəqiqlik və etibarlılıq prinsipinə riayət etmir" - Jaffar Hasnain


Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi" adlı paneldə “TRT World” telekanalının müxbiri Jaffar Hasnain maraqlı faktlarla çıxış edib.
O qeyd edib ki, media savadlılığı yalnız informasiyanı qəbul etmək deyil, eyni zamanda, onu qiymətləndirmək, mənbəsini araşdırmaq və etibarlılığını müəyyən etmək bacarığıdır.

“Bunun üçün hər birimiz müxtəlif və mötəbər mənbələrə əsaslanmağı öyrənməliyik. Təəssüf ki, bu gün bir çox xəbər platforması dəqiqlik və etibarlılıq prinsipinə riayət etmir. Bunun fəsadlarını dəfələrlə görmüşük. Yanlış xəbərlər cəmiyyət arasında çaşqınlıq yaradır, ictimai rəyi manipulyasiya edir və hətta sosial qarşıdurmalara səbəb ola bilir. Bu halların qarşısını almağın yeganə yolu maariflənməkdir. Özümüzü və ətrafımızdakıları düzgün informasiya ilə təmin etmək, sosial mediadan şüurlu istifadə, hər paylaşımı yoxlamadan qəbul etməmək artıq zərurətə çevrilib”, - deyə Jaffar Hasnain vurğulayıb.

Mətləb Salahov


Seçilən
30
15
baki-xeber.com

10Mənbələr