RU

"Real Madrid" Konate transferini gələn yaya saxlamaq istəyir

"Liverpul"un müdafiəçisi İbrahima Konate karyerasını "Real Madrid"də davam etdirə bilər.

Operativ Media bu barədə "Football Insider"ə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, Madrid klubu 26 yaşlı fransızı gələn yay azad agent kimi transfer etmək istəyir, lakin bu transfer pəncərəsində futbolçu üçün kiçik məbləğ də təklif edə bilər.

Daha əvvəl "Marca" xəbər vermişdi ki, Konate "qırmızılar"ın rəhbərliyinə bu yay komandadan getməyə hazır olduğunu bildirib .

Konate 2021-ci ilin yayından “Liverpul”da çıxış edir. 2024/25 mövsümündə müdafiəçi bütün turnirlərdə 42 matça çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun dəyərini 60 milyon avro qiymətləndirir.

Избранный
27
3
operativmedia.az

10Источники