RU

Tramp və Putin arasında görüşün keçirilməsi zəruridir - Peskov

BAKI, TurkicWorld

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş zəruridir.

TurkicWorld xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu görüş (prezidentlərin görüşü – red.) mümkündür və yaxına zamanda mütləq baş tutacaq. Bu zəruridir” - deyə, Peskov bildirib.

Onun sözlərinə görə, bu görüş, gələcəkdə əldə ediləcək mühüm razılaşmaların rəsmiləşdirilməsi baxımından da vacib ola bilər, lakin həmin o razılaşmaların vaxtı yetişməyib. “Bu işin görülməsi hələ qarşıdadır” – deyə, Peskov vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio, Tramp ilə Putin arasında yüksək səviyyəli görüşün planlaşdırılmadığını bildirmişdi.

Избранный
71
50
turkic.world

10Источники