İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. Daha sonra Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb. Bu forumun başlıca məqsədi və əhəməyyəti nədir? Yaxın gələcəkdə bu nüfuzlu tədbir hansı perspektivləri vəd edir?
Millət Vəkili Hikmət Babaoğlu bu mövzuyla bağlı fikirlərini bölüşərək qeyd edib ki, lll Şuşa Qlobal Media Formu həm Azərbaycan siyasi diplomatiyasında, həm də Azərbaycan Media tarixində tamamilə yeni bir mərhələ yaratmaqdadır. lll Qlobal Şuşa Media Formu Azərbaycan Prezidentinin birnöv həm yerli media həm də qlobal media nümayəndələri qarşısında həm Azərbaycan dövlətinin, siyasətinin xülasəsidir həm də Azərbaycanın dünyaya yenidən təqdimatıdır. Azərbaycan Prezidentinin nitqindən həm daxili media həm də dünya mediası faydalı məlumatlar əldə edərək analizlər aparmış oldu.. Bu baxımdan da mənim fikirimcə, lll Qlobal Şuşa Formu çox böyük əhəmiyyətə malikdir.
Deputat onu da qeyd edib ki, Azərbaycan Prezidenti bu Forum çərçivəsində müxtəlif məsələlərə münasibət bildirdi və bunların hər biri məhz Azərbaycan prezidentinin nitqindən səslənən dəqiq və açıq-aydın məlumatlar idi. İstər Azərbaycan cəmiyyətinin diqqət mərkəzində olan, istər gələcəkdə Azərbaycanın prespektiv siyasəti haqqında, istərsə də böyük qayıdışın hansı mərhələdə olması və qonşu ölkələrlə münasibətlərdə nələrin nə vaxt və necə hansı şəkildə olması baxımından təxminlərin əldə edilməsi kimi məsələlərdə əhəmiyyətli bir forum oldu.
"Belə düşünrəm ki, Şuşa Qlobal Formunun yadda qalan hadisələrindən biri Azərbaycan Prezidentinin Milli Mətbuatımızı qiymətləndirməsi ilə bağlı söylədikləri fikirlər oldu. Bəlli oldu ki, Azərbaycan mediası həqiqətən də, milli maraqlarımızı qoruya bilir və təxribatları ifşa edə bilir. Ən maraqlısı isə prezident qeyd etdi ki, Azərbaycan mediasının məlumatları xaricdə öyrənilir. Burda biz dövlətlə medianın vəhdətini görürük. Çünki o dövlətin mediası öyrənilir ki, həmin dövlət müəyyən imkanlara sahibdir və dünyada baş verən hadisələrə təsir edə bilir. Otuz illik işğal dönəmində bu imkan olmadığı üçün Azərbaycan mediasını heçkəs analiz etmirdi. Amma bu gün Azərbaycan dövləti dünyada baş verən hadisələrə təsir edən güc olduğu üçün Azərbaycan mediasıda beynəlxalq-analtik mərkəzlərin diqqətini cəlb edir. Bununlada mənə elə gəlir ki, Azərbaycan mediası və Azərbaycan dövlətinin gücü birlikdə Azərbaycanın ümumi gücünü təyin edir",- deyə Millət Vəkili Hikmət Babaoğlu suallara aydın gətirib.
Ləman Xalıqova