Kreml ümid edir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə çətin dövr keçəcək. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Moskva ilə Bakı arasında münasibətlər “möhkəm təmələ” malikdir və “maraqların üst-üstə düşməsi” var, lakin indi çətin dövrdür. Kreml təmsilçisi iki ölkə arasında yaranmış soyuq münasibətərin keçəcəyinə ümid etdiyini bildirib. Peskov qeyd edib ki, iki ölkə arasında “qarşılıqlı hörmətə əsaslanan” əməkdaşlıq qarşılıqlı fayda gətirir. "Amma bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər olur. İndi o dövrlərdən biridir", - Kreml sözçüsü bildirib. AZAL təyyarəsinə görə Bakının Moskvanı məhkəməyə verməsinə gəldikdə Peskov bildirib ki, belə bir qərara gələrlərsə, bu, Azərbaycanın haqqıdır. “Rusiya Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanın rəsmi nəticələrini gözləyəcək”,- o vurğulayıb. Azərbaycan diaspor üzvlərinə qarşı təqiblərə gəldikdə Peskov bildirib ki, Rusiya qanunlarını pozan Azərbaycan diasporunun nümayəndələri qanunla məsuliyyətə cəlb olunurlar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta