Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiya prezidentiVladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında görüş istisna edilmir.
Ölkə.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O bildirib ki, görüş sentyabrda Çində baş tuta bilər.
"Biz Pekinə səfərə hazırlaşırıq. Bu, doğrudan da, dövlət başçısının gündəliyindədir. Amma eşitməmişik ki, prezident Tramp da Pekinə getməyi planlaşdırır", - Peskov deyib.
O əlavə edib ki, əgər Tramp orada olarsa, o zaman görüşün keçirilməsinin məqsədəuyğunluğu məsələsinin də gündəmə gətiriləcəyini istisna etmək olmaz.
Bundan əvvəl “The Times” qəzeti mənbələrə istinadən yazıb ki, sentyabrın əvvəlində Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin Pekində birgə görüş keçirə bilərlər. Nəşrin fikrincə, bu, İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinin qeyd olunması ilə üst-üstə düşə bilər. Vladimir Putin artıq Çinə səfərini təsdiqləyib. Onun Si Cinpinlə danışıqları sentyabrın 2-nə planlaşdırılıb.
Mürtəza
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.