Kreml, sentyabr ayında Çində keçiriləcək tədbirlər çərçivəsində ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüşü istisna etmir.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov “Reuters” agentliyinə açıqlama verib.
Peskov bildirib ki, Vladimir Putin İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Pekinə səfər etməyə hazırlaşır. Lakin o, Donald Trampın da həmin tədbirə qatılacağı barədə məlumata malik olmadığını qeyd edib.
“Prezidentimiz Pekinə səfərə hazırlaşır… Amma Trampın da ora gedəcəyi barədə heç nə eşitməmişik”, – deyə Peskov əlavə edib. Kremlin nümayəndəsi, həmçinin mümkün üçtərəfli görüş – Putin, Tramp və Çin lideri Si Cinpin arasında danışıqlar ehtimalının da istisna olunmadığını vurğulayıb.
//Samir Qurbanov, Editor.az