Amerikalı milyarder Elon Mask uşaqlar üçün nəzərdə tutulmuş süni intellekt proqramı – Baby Grok üzərində işə başlandığını açıqlayıb.
Doğru.az xəbər verir ki, bu barədə Mask X sosial şəbəkəsində paylaşım edib: “Biz uşaq məzmunu üçün nəzərdə tutulan Baby Grok xAI tətbiqini yaratmağa hazırlaşırıq,” – deyə o bildirib.
Qeyd edək ki, Baby Grok, Elon Maskın süni intellekt şirkəti xAI tərəfindən yaradılmış Grok chatbotunun uşaqlara uyğunlaşdırılmış versiyası olacaq.
Bundan əvvəl The Wall Street Journal SpaceX-in Grok chatbotunun inkişafı üçün 2 milyard dollar sərmayə qoyacağını yazmışdı.
DOĞRU.AZ