AZ

Uşaqlar üçün də süni intellekt yaradıldı - “Baby Grok” təqdim edilib

Milyarder və “xAI”nin təsisçisi İlon Mask uşaqlar üçün uyğunlaşdırılmış məzmunlu “Baby Grok” proqramının yaradıldığını elan edib.

FED.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

İlon Mask 2023-cü ilin aprelində süni intellekt üzrə “xAI” startapını qurub. Bir neçə ay sonra şirkət “Grok” adlı süni intellektlə işləyən çat-bot təqdim edib. Cənab Maskın sözlərinə görə, bu çat-bot analoqlarından senzurasız olması və məlumatların aktuallığı ilə fərqlənir.

Qeyd edək ki, “Grok” iOS və Android əməliyyat sistemlərində, həmçinin ayrıca veb-sayt və mobil proqramda mövcuddur. (Banker)

Seçilən
21
16
fed.az

10Mənbələr