Milyarder və “xAI”nin təsisçisi İlon Mask uşaqlar üçün uyğunlaşdırılmış məzmunlu “Baby Grok” proqramının yaradıldığını elan edib. Bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
İlon Mask 2023-cü ilin aprelində süni intellekt üzrə “xAI” startapını qurub. Bir neçə ay sonra şirkət “Grok” adlı süni intellektlə işləyən çat-bot təqdim edib. Cənab Maskın sözlərinə görə, bu çat-bot analoqlarından senzurasız olması və məlumatların aktuallığı ilə fərqlənir.
Qeyd edək ki, “Grok” iOS və Android əməliyyat sistemlərində, həmçinin ayrıca veb-sayt və mobil proqramda mövcuddur.