Amerikalı sahibkar İlon Maskın “xAI” startapı süni intellekt əsaslı “Grok” çat-botunun uşaqlar üçün nəzərdə tutulmuş versiyasını – “Baby Grok” adlı tətbiq yaratmağı planlaşdırır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Mask bu barədə “X” hesabında yazıb.
“Uşaqlar üçün uyğun məzmun təqdim edəcək “Baby Grok xAI” tətbiqini hazırlayacağıq”, – sahibkar qeyd edib.