RU

Moskva meri: Paytaxt istiqamətində uçan iki PUA məhv edilib

Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemləri Moskvaya doğru uçan iki pilotsuz uçuş aparatını (PUA) məhv edib.

APA xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin özünün "Telegram" kanalında məlumat yayıb.

“Müdafiə Nazirliyinin HHM qüvvələri tərəfindən Moskvaya PUA ilə növbəti hücum cəhdi dəf edilib”, – deyə Sobyanin bildirib.

Bir qədər sonra o əlavə edib ki, daha bir PUA vurulub.

Избранный
53
31
apa.az

10Источники