Rusiyanın İvano-Frankovsk şəhərinə kütləvi hücum nəticəsində mülki infrastruktur obyektlərinə ziyan dəyib.
Publika.az xəbər verir ki, bu barədə İvano-Frankovsk meri Ruslan Martsinkiv bildirib.
Merin sözlərinə görə, Rusiya işğalçı qüvvələri müxtəlif növ raketlərdən, həmçinin "Şahid" tipli pilotsuz təyyarələrindən istifadə edib.
"Təəssüf ki, çoxlu zərbələr olub. Bu, genişmiqyaslı işğaldan sonra ən böyük hücumdur", - deyə Martsinkiv bildirib.
Mer bildirib ki, hücum nəticəsində mülki infrastruktura ziyan dəyib. İlkin məlumata görə, İvano-Frankovskın ən azı üç kəndində ölənlər var.
Qeyd olunur ki, bölgədə hava hücumu xəbərdarlığı davam edir.
Adəm