Moskva meri Sergey Sobyanin öz "Telegram" kanalında hava hücumundan müdafiə qüvvələrinin paytaxta hücum zamanı daha bir Ukrayna PUA-sını vurduğunu bildirib.
Redaktor.az xəbər verir ki, merin sözlərinə görə, fövqəladə hallar xidmətinin mütəxəssisləri pilotsuz təyyarənin fraqmentlərinin düşdüyü yerə gəliblər. Onun yazısı saat 21:29-da dərc olunub. On səkkiz dəqiqə sonra Sobyanin daha iki PUA-nın vurulduğu haqqında yazıb.
Rəsmilərin məlumatlarına görə, iyulun 20-də pilotsuz təyyarələr paytaxta 29 dəfə hücuma cəhd edib. İlk reyd saat 01:16- da qeydə alınıb. Şəhər gecə saatlarında 16, səhər və günorta isə daha 13 pilotsuz təyyarə hücumunu dəf edib.
Bu fonda Moskva hava limanları yenidən iflic olub: 134 təyyarə pilotsuz təyyarələrin zərbələri səbəbindən alternativ aerodromlara yönləndirilib, daha 160 reys təxirə salınıb, 30-u isə ləğv edilib. Bəzi istiqaməti dəyişdirilmiş təyyarələri qəbul edən Pulkovoda da gecikmələr və ləğvlər başlayıb. Sərnişinlər təkcə Moskvaya deyil , digər şəhərlərə də uçuşlar üçün orada gözləmək məcburiyyətində qalırlar.
Turan İSMAYIL