RU

“Araz-Naxçıvan” “Konyaspor”a qarşı

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” yoxlama oyunları ilə bağlı planlarında dəyişiklik edib.

Arena.az bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.

Belə ki, komanda bu gün daha bir oyun keçirəcək. “Qırmızı-ağlar” Bakı vaxtı ilə saat 18:30-da Super Liqa təmsilçisi “Konyaspor”la üz-üzə gələcək.

Qeyd edək ki, komanda Ərzurum toplanışını iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq. Daha əvvəl Naxçıvan klubu yerli “Bayburtspor”u 14:0 hesabıyla məğlub edib, “Alanyaspor”la sülh bağlayıb – 0:0.

Избранный
27
9
arena.az

10Источники