AZ

“Araz-Naxçıvan” daha bir Superliqa təmsilçisi ilə qarşılaşacaq

Bakı, 14 iyul, AZƏRTAC

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, komanda bu gün daha bir oyun keçirəcək. “Qırmızı-ağlar” Bakı vaxtı ilə saat 18:30-da Superliqa təmsilçisi “Konyaspor”la qarşılaşacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.

Seçilən
23
13
azertag.az

10Mənbələr