AZ

“Araz-Naxçıvan” “Konyaspor”a məğlub oldu

“Araz-Naxçıvan” bu gün “Konyaspor”la yoxlama oyunu keçirib.

Oxu.Az xəbər verir ki, Ərzurumda baş tutan matç rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qırmızı-ağlar”ın heyətində Ramon Maçado fərqlənib.

Qeyd edək ki, Naxçıvan təmsilçisi növbəti oyununu iyulun 17-də “Trabzonspor”a qarşı keçirəcək.

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda bu gün daha bir oyun keçirəcək. “Qırmızı-ağlar” Bakı vaxtı ilə saat 18:30-da Superliqa təmsilçisi “Konyaspor”la üz-üzə gələcək.

Qeyd edək ki, komandamız toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.

14 iyul

Yoldaşlıq görüşü

Saat 18:30, “Araz-Naxçıvan” – “Konyaspor”.

Seçilən
7
1
editor.az

10Mənbələr