AZ

“Araz-Naxçıvan”ın planında dəyişiklik: Superliqa klubuna qarşı

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.

Msport.az xəbər verir ki, Premyer Liqa klubu bu gün daha bir oyun keçirəcək.

“Qırmızı-ağlar” Bakı vaxtı ilə saat 18:30-da Super Liqa təmsilçisi “Konyaspor”la qarşılaşacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.

Seçilən
27
13
msport.az

10Mənbələr