AZ

“Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.

Bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Komanda bu gün daha bir oyun keçirəcək. “Qırmızı-ağlar” Bakı vaxtı ilə saat 18:30-da Superliqa təmsilçisi “Konyaspor”la üz-üzə gələcək.

Qeyd edək ki, komandamız toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.

"Cebheinfo.az" 

Seçilən
20
13
cebheinfo.az

10Mənbələr