RU

Azərbaycan parataekvondoçusu Cənubi Koreyada gümüş medal qazandı

BAKI, 11 iyul. TELEQRAF

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc turnirində gümüş medal qazanıb.

Teleqraf xəbər verir ki, yarışa 1/8 finaldan başlayan idmançı ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələrək finala vəsiqə əldə edib.

Həlledici görüşdə Çin-Taybeyini təmsil edən rəqibinə məğlub olan Zeynalov gümüş medala layiq görülüb.

Qeyd edək ki, turnir Los Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Избранный
4
11
teleqraf.com

10Источники