RU

Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində gümüş medal əldə edib.

Yarışa 1/8 finaldan start verən idmançı ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələrək finala vəsiqə əldə edib.

Finalda Çin-Taybeyini təmsil edən rəqibinə məğlub olan S.Zeynalov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, turnir Los Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Избранный
4
11
news365.az

10Источники