RU

Qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 13%-dən çox artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 8 milyard 73,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiya yönəldilib.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5 faiz artıb.

Qeyd edilib ki, istifadə olunmuş investisiyanın 4067,9 milyon manatı və ya 50,4 faizi məhsul istehsalı sahələrinə, 2672,0 milyon manatı (33,1 faizi) xidmət sahələrinə, 1333,6 milyon manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 6070,0 milyon manatını və ya 75,2 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 6314,3 milyon manatı və ya 78,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Избранный
5
5
fed.az

10Источники