AZ

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu azalıb

2025-ci ilin yanvar-iyununda əsas kapitala 8073,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiya qoyulub. Bu barədə Dövlət Statistika Komisəsi məlumat yayıb.

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5 faiz artıb.

 İstifadə olunmuş investisiyanın 4067,9 milyon manatı və ya 50,4 faizi məhsul  istehsalı  sahələrinə, 2672,0 milyon  manatı (33,1 faizi) xidmət sahələrinə, 1333,6 milyon manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 6070,0 milyon manatını və ya 75,2 faizini daxili investisiyalar təşkil edib. 

Aytac

Seçilən
1
2
anews.az

10Mənbələr