AZ

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1 %-ə yaxın azalıb

Bu ilin I yarısında Azərbaycanda əsas kapitala 8 milyard 73,5 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % az investisiya yönəldilib.

AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 23,8 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 13,5 % artıb.

Yanvar-iyun aylarında istifadə olunmuş investisiyanın 4 milyard 67,9 milyon manatı və yaxud 50,4 %-i məhsul istehsalı sahələrinə, 2 milyard 672 milyon manatı və yaxud 33,1 %-i xidmət sahələrinə, 1 milyard 333,6 milyon manatı və yaxud 16,5 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 6 milyard 70 milyon manatını və yaxud 75,2 %-ni daxili investisiyalar təşkil edib, 6 milyard 314,3 milyon manatı və yaxud 78,2 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Seçilən
1
7
aznews.az

10Mənbələr