Bu ilin yanvar-iyun aylarında əsas kapitala 8073,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiya yönəldilib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 23,8 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 13,5 faiz artıb.
İstifadə olunan investisiyanın 4067,9 milyon manatı və ya 50,4 faizi məhsul istehsalı sahələrinə, 2672,0 milyon manatı (33,1 faizi) xidmət sahələrinə, 1333,6 milyon manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 6070,0 milyon manatını və ya 75,2 faizini daxili investisiyalar təşkil edib. İnvestisiyaların 6314,3 milyon manatı və ya 78,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.