AZ

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1 % ə yaxın azalıb

ain.az, 525.az saytına istinadən bildirir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 8 milyard 73,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 % az investisiya yönəldilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5 % artıb.

6 ay ərzində istifadə olunmuş investisiyanın 4 milyard 67,9 milyon manatı və ya 50,4 %-i məhsul istehsalı sahələrinə, 2 milyard 672 milyon manatı (33,1 %-i) xidmət sahələrinə, 1 milyard 333,6 milyon manatı (16,5 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 6 milyard 70 milyon manatını və ya 75,2 %-ni daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 6 milyard 314,3 milyon manatı və ya 78,2 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
7
525.az

10Mənbələr