RU

Əsas kapitala yönəldilən investisiyaların həcmi cüzi azaldı

2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 8073,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiya yönəldilmişdir.

Teleqraf Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər veri ki, Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5 faiz artıb.

İstifadə olunmuş investisiyanın 4067,9 milyon manatı və ya 50,4 faizi məhsulistehsalısahələrinə, 2672,0 milyonmanatı (33,1 faizi) xidmət sahələrinə, 1333,6 milyon manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 6070,0 milyon manatını və ya 75,2 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 6314,3 milyon manatı və ya 78,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Избранный
8
5
teleqraf.com

10Источники