RU

ABŞ mətbuatı: BMT-nin nüvə müşahidəçiləri İranı quru yolla tərk ediblər

ABŞ mətbuatının iddiasına görə, Birləşmiş Millətlər Təşkilatına bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) müfəttişləri təhlükəsizlik səbəbi ilə İrandan çıxarılıb. Bu, Tehranın bu həftə AEBA ilə əməkdaşlığı dayandırdığını açıqlamasından sonra baş verib.

Sherg.az xəbər verir ki, “Wall Street Journal” qəzetinə görə, müşahidəçilər cümə günü İranı quru yolu ilə tərk edib. Onların son günlər Tehranda oteldə yerləşdirildiyi və daha sonra BMT-yə məxsus başqa bir yerə köçürüldüyü bildirilir.

Hazırda AEBA-nın İrandakı nüvə obyektlərinə birbaşa çıxışı mümkün deyil. Ekspertlərə görə, bu vəziyyət Tehranın nüvə fəaliyyətlərini agentliyin nəzarəti xaricində aparmasına şərait yarada bilər.

Baxmayaraq ki, AEBA peyklər vasitəsilə müşahidəni davam etdirir, bu addım İranın Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Anlaşmasına (NPT) əməl edib-etmədiyi ilə bağlı beynəlxalq narahatlıqları artırıb.

Xatırladaq ki, Tehran parlamenti bu həftə AEBA ilə əməkdaşlığın dayandırılması barədə qanunu qəbul etmişdi. İran rəsmiləri ölkənin hələ də NPT və Təhlükəsizlik Tədbirləri Anlaşmasına sadiq qaldığını bildirir.


Избранный
37
50
sherg.az

10Источники