AZ

Necə bir ironiya: Rusiya Çin silahı ilə Çinin konsulluğunu vurub

“Necə bir ironiya. Rusiyanın Ukraynaya bugünkü kütləvi hava hücumundan sonra biz Kiyevdə Rusiya-İran döyüş təyyarəsi “Şəhid-136”/“Geran-2” komponentini tapdıq, hansı ki, Çində istehsal edilmiş və bu yaxınlarda təhvil verilmişdir. Və bir gün əvvəl Çinin Odessadakı Baş Konsulluğunun binası Rusiyanın şəhərə endirdiyi zərbələr nəticəsində ziyan görüb”.

Publika.az xəbər verir ki, bunu sosial şəbəkələrdə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbiqa yazıb.

“Putin müharibəsini genişləndirməkdə davam edir, başqalarını, o cümlədən Şimali Koreya qoşunlarını, İran silahlarını və bəzi Çin istehsalçılarını bu işə cəlb edir.

Avropada, Yaxın Şərqdə və Hind-Sakit Okeanda təhlükəsizlik ayrılmaz şəkildə bağlıdır. Biz ABŞ və beynəlxalq ictimaiyyəti həm Moskvadakı rejimə, həm onun hərbi büdcəsinə, həm də dünyada Rusiyanın hərbi səylərini dəstəkləyən hər kəsə təzyiqi artırmağa çağırırıq”, - deyə o bildirib.

Seçilən
30
50
publika.az

10Mənbələr