AZ

Almaniyadan Patriot təşəbbüsü: Ukrayna üçün danışıqlar aparılır

Almaniyanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınması və Ukraynaya çatdırılması üçün ABŞ-la danışıqlar apardığı bildirilir.

Turkustan.az xəbər verir ki, Alman mətbuatında yer alan xəbərlərə görə, Almaniya hökuməti ABŞ prezidenti Donald Trampın hava hücumundan müdafiə sistemləri də daxil olmaqla bəzi sursatların Ukraynaya göndərilməsini dayandırmasından sonra işə başlayıb.

Almaniya administrasiyası ABŞ-a iki Patriot hava hücumundan müdafiə sistemi almaq və onları Ukraynaya çatdırmaq təklifi ilə çıxış edib.

Təklif ABŞ-ın müdafiə naziri Pit Heqsetin təsdiqini gözləyir.

Federal Mətbuat Mərkəzində çıxış edən Almaniya hökumətinin sözçüsü Stefan Kornelius məsələ ilə bağlı danışıqların davam etdiyini təsdiqləyib və bunun Ukraynanın hərbi ehtiyaclarını ödəmək üçün nəzərdən keçirilən bir neçə variantdan yalnız biri olduğunu vurğulayıb.

"Bu Patriot boşluğunu aradan qaldırmağın bir neçə yolu var. Mən təsdiq edə bilərəm ki, bu barədə həqiqətən də dərin müzakirələr var", - Kornelius suala cavab olaraq deyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
22
30
turkustan.az

10Mənbələr