AZ

TƏCİLİ! Rusiya kimyəvi silahları işə salır

ain.az bildirir, News24 portalına istinadən.

Rusiya Ukraynada kimyəvi silahlardan istifadəni artırıb.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə Almaniyanın Xarici Kəşfiyyat İdarəsi (BND) və Niderlandın hərbi kəşfiyyatının (MİVD) birgə məlumatında deyilir.

Məlumata görə, Rusiya qoşunları xüsusilə qapalı yerlərdə xloropikrindən istifadə edir.

MİVD-nin direktoru Peter Resink bildirib ki, Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etməsi narahatlığı artırır: “Rusiyanın kimyəvi silah proqramından qaynaqlanan təhlükə güclənir”.

Niderlandın ümdafiə naziri Ruben Brekelmans isə Rusiyanın kimyəvi silahlardan sistemli şəkildə istifadə etdiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiyanı dayandırmağın yolu sanksiyaları gücləndirmək və Ukraynaya hərbi yardımı artırmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
50
news24.az

10Mənbələr