RU

MİQ: II seansda 83% davamiyyət qeydə alınıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilk günü yekunlaşdı. Test imtahanı mərhələsinin ilk gününün II seansına 4 626 namizəd dəvət olunub və 83% davamiyyət qeydə alınıb.

Bu barədə AzEdu.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 3 iyul tarixinə 9 201 nəfər dəvət edilib və test imtahanlarının I günü üzrə 81% davamiyyət qeydə alınıb.

Nəzərinizə çatdırırıq ki, 3 iyul tarixində təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna 4 iyul saat 12:00-dan etibarən start veriləcək. Bu barədə ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək.

Избранный
33
50
azedu.az

10Источники