Müəllimlərin işə qəbulu üzrə müsabiqənin texnologiya, təsviri incəsənət, Azərbaycan dili, informatika, rus dili və ədəbiyyatı fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başlayıb.
Viral.az xəbər verir ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.
Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.
Son Yazılar:
- MİQ üzrə apellyasiya müraciətlərinə start VERİLDİ
- İsrail ABŞ-nin dəstəyi ilə İrana qarşı qeyri-qanuni hücum edib
- Milli Məclisin növbəti iclası bu tarixdə keçiriləcək
Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.