AZ

MİQ üzrə apellyasiya müraciətlərinə start verilib KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

Texnologiya, təsviri incəsənət, Azərbaycan dili, informatika, rus dili və ədəbiyyatı fənləri üzrə apellyasiya müraciətlərinə start verilib.

İnsan Resursları Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin texnologiya, təsviri incəsənət, Azərbaycan dili, informatika, rus dili və ədəbiyyatı fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başladı. Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
38
konkret.az

10Mənbələr