AZ

MİQ-də apellyasiya müraciətləri başladı

Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin test imtahanı mərhələsinin ikinci günündə texnologiya, təsviri incəsənət, Azərbaycan dili (rus bölməsi), informatika, rus dili və ədəbiyyatı fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

Modern.az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzindən bildirilib.

Belə ki, dünən imtahan vermiş namizədlər 4 iyul saat 12:00-dan etibarən şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Seçilən
8
38
modern.az

10Mənbələr