RU

ŞOK İDDİA: "Xameneini qəsdən sağ buraxıblar ki..."

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehranın şimal-şərqindəki Lavisan bölgəsindəki bunkerə köçürülüb.

Publika.az xəbər verir ki, bu barədə "İran İnternational" İslam Respublikasındakı iki mənbəyə istinadla məlumat yayıb.

Onların sözlərinə görə, bu, iyunun 13-də səhər saatlarında İsrailin zərbələrindən bir neçə saat sonra baş verib. Xameneinin ailəsinin bütün üzvləri onun yanındadır.

Diplomatlardan biri iddia edib ki, İranın lideri əməliyyatın elə ilk gecəsində aradan götürülə bilərdi, lakin onu qəsdən sağ buraxıblar ki, ölkənin uran zənginləşdirmə proqramını dayandırmaq qərarını özü versin.

“İsrailin hava zərbələri başladıqdan sonra Xamenei yenidən uranın zənginləşdirilməsi proqramını dayandırmaq əmri vermək imkanı əldə etdi. Bu qərarı isə İsrailin hərbi imkanlarına real qiymət verməklə əsaslandıra bilər”, - deyə kanal qeyd edib.

Избранный
45
2
publika.az

10Источники