AZ

Trampın siyasəti Kreml təbliğatını və Rusiya iqtisadiyyatını iflic edib

"The Atlantic" nəşri yazır ki, Donald Trampın ikinci dəfə prezident postuna qayıtması ilk baxışdan Vladimir Putinə fürsətlər açırmış kimi görünsə də, əslində bu, Kremlin vəziyyətini daha da ağırlaşdırıb.

Musavat.com-un məlumatına görə, məqalədə vurğulanır ki, Trampın "sürprizlərlə dolu" yanaşması nəticəsində Rusiya təbliğat maşını, xarici siyasəti və iqtisadi sabitliyi 20 yanvar 2025-dən əvvəlkindən də pis duruma düşüb.

“Putin ABŞ-a düşmən imici verərək öz sistemini qoruyurdu. İndi isə Kreml Vaşinqtonu rasional tərəfdaş kimi təqdim etməyə məcbur qalır – halbuki, ABŞ raketləri hələ də rus ordusunun mövqelərinə düşür”, – deyə nəşr yazır.

Hətta Tramp yeni sanksiyalar tətbiq etməsə də, onun qeyri-sabit iqtisadi siyasəti Rusiyaya qarşı ciddi fiskal təzyiq yaradıb.

Məqalə müəllifi sarkazmla qeyd edir: “Putin 70 dollar olan neft qiyməti ilə ‘hərbi cinayətkar’ adlandırılmağa üstünlük verərdi, nəinki 56 dollara sülh tərəfdarı və ‘ağıllı lider’ kimi təqdim olunmağa”. 

Bu yanaşma Vaşinqtonun Rusiyaya qarşı təsir imkanlarını yeni formada artırdığını və Kremlin siyasi-ideoloji mövqeyini zəiflədiyini göstərir. 

 

Musavat.com

Seçilən
14
50
musavat.com

10Mənbələr