AZ

İsrailin İrana hücumu ABŞ-ın səmimiyyətini sual altına salıb

İsrailin

Qərbdə İran və İsrail arasındakı münaqişə fonunda ABŞ-ın səmimiyyətinə şübhə ilə yanaşmağa başlayıblar.

Xalqcebhesi.az xəbər verir ki, Cənub-Şərqi Norveç Universitetinin professoru Glenn Dizen sosial şəbəkə X-də bildirib ki, ABŞ guya danışıqlar apardığını nümayiş etdirərək İranın ayıq-sayıqlığını azaldıb və bununla da İsrailə qəfil hücum üçün şərait yaradıb.

“ABŞ danışıqlar aparırmış kimi davranaraq İranın ayıq-sayıqlığını azaltdı ki, İsrail gözlənilmədən zərbə endirə bilsin. İndi ABŞ-la danışıqlara kim inanacaq?” – deyə Dizen qeyd edib.

Bundan əvvəl CNN, keçmiş prezident Donald Trampın administrasiyasındakı mənbələrə istinadən xəbər vermişdi ki, Tramp İsrail və İran arasındakı münaqişəyə qarışmaq ideyasına skeptik yanaşır və ABŞ-ın birbaşa iştirakından yayınmaq istəyir.

Məryəm Quliyeva

Seçilən
20
50
xalqcebhesi.az

10Mənbələr