Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İran və İsrail arasında gərginləşən qarşıdurmaya müdaxilə etməsi ideyasına kəskin şəkildə qarşı çıxır.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Tramp bu cür addımın ABŞ-nin “nəticəsi bəlli olmayan, uzunmüddətli və tükəndirici bir müharibəyə” sürükləyə biləcəyini düşünür.
Kanal qeyd edir ki, Trampın mövqeyi onun ümumi xarici siyasət yanaşması ilə, yəni Amerika ordusunun xarici münaqişələrə cəlb olunmasından çəkinmək siyasəti ilə uyğunluq təşkil edir.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.