EN

Neymar oyundaşını vurdu, sonra ondan üzr istədi

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

“Santos”un məşqində xoşagəlməz hadisə baş verib. Bunun səbəbkarı komandanın məşhur futbolçusu olub."Football-plus.az" xəbər verir ki, məşq zamanı yaşanan hadisənin səbəbkarı Neymardı. “Globo” nəşrinin məlumatına görə, 34 yaşlı hücumçu 18 yaşlı yarımmüdafiəçi Robinyo Juniora qarşı kobud hərəkət edib. Yeniyetmə futbolçu Neymarı keçəndən sonra təcrübəli həmkarı bunu hörmətsizlik kimi qəbul edib və əsəbləşərək əvvəlcə ona ayaq ilişdirib. Buna görə onlar arasında mübahisə yaranıb və qarşılıqlı itələşmə olub. İddialara görə, Neymar hətta komanda yoldaşına zərbə də endirib.Maraqlıdı ki, hadisə ilə bağlı nə “Santos” rəsmiləri, nə də futbolçular açıqlama verib. Neymarın nümayəndələri isə bu barədə məlumatlı olmadıqlarını bildiriblər. “Globo”nun yaydığı məlumata inansaq, tərəflər arasında gərginlik qısa zamanda aradan qaldırılıb və Neymar komanda yoldaşından üzr istəyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
90
14
icma.az

10Sources