AZ

Türkiyədə rusiyalı turist saxlanıldı 

Türkiyənin Kemer bölgəsində istirahətdə olan rusiyalı turist yerli sakinlə yaşadığı mübahisədən sonra saxlanılıb.

Musavat.com bildirir ki, hadisə hoteldə keçirilən gecə əyləncəsi zamanı baş verib.

Məlumata görə, Rusiya vətəndaşları Anna və Viktor Troxin cütlüyü may ayının əvvəlində Kemerə istirahətə gedərək Corendon Playa Kemer hotelində yerləşiblər. Mayın 12-də onlar hoteldə təşkil olunan diskotekaya qatılıblar. Həmin vaxt Viktorla Türkiyə vətəndaşı Volkan arasında mübahisə yaranıb.

Anna Troxinanın sözlərinə görə, tərəflər arasında dava olmayıb, yalnız yüksək tonlu mübahisə və qarşılıqlı təhqirlər yaşanıb. Bundan sonra hər iki şəxs öz otaqlarına qayıdıb. Lakin ertəsi gün Volkan yerli jandarmaya müraciət edərək Viktorun ona qarşı təqib xarakterli hərəkətlər etdiyini iddia edib. Şikayətdən sonra rusiyalı turist hoteldə saxlanılıb və Antalyadakı istintaq təcridxanasına göndərilib.

WhatsApp

Viktorun həyat yoldaşı bildirir ki, hadisə ilə bağlı artıq Rusiyanın Baş Konsulluğuna müraciət edib. Onun sözlərinə görə, turistlərə dəstək mərkəzi ailə ilə əlaqə saxlayaraq hüquqi prosedurlar barədə məlumat verib və vəkil tapmaqda kömək edib.

Anna Troxina qeyd edib ki, məhkəmə iclasının tarixi hələ müəyyənləşdirilməyib. O, altı gün sonra Rusiyaya qayıtmalı olduğunu, lakin həyat yoldaşının yalnız məhkəmə qərarından sonra azadlığa buraxıla biləcəyini bildirib.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
0
2
musavat.com

10Mənbələr