AZ

Türkiyədə 88 yaşlı qadına qarşı fiziki zorakılıq edən azərbaycanlı saxlanıldı


Türkiyənin Samsun şəhərinin İlkadım rayonunda Azərbaycan vətəndaşı olan S. Qədirova (ad şərti olaraq göstərilib) polis tərəfindən saxlanılıb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, 63 yaşlı Azərbaycan vətəndaşı baxdığı 88 yaşlı Parkinson xəstəliyi olan qadına qarşı fiziki zorakılıq etməkdə ittiham olunur.
Belə ki, yaşlı qadının yaxınları onun sifətində xəsarət əlamətlərini görərək Samsun Baş Prokurorluğuna müraciət ediblər.
Saxlanılan şübhəli Samsun Ədliyyə İdarəsinə göndərilib.
S. Qədirova Samsun Baş Prokurorluğu tərəfindən “qəsdən xəsarət yetirmə” cinayəti üzrə aparılan istintaq çərçivəsində növbətçi məhkəmə qarşısına çıxarılıb. Məhkəmədə ifadə verən S. Qədirova ittihamları qəbul etmədiyini bildirib. O, təxminən 2 aydır ki, yaşlı qadınla birlikdə qaldığını və yaşlı qadının bəzən gecələr yataqdan yıxıldığını qeyd edib. Onu sonuncu dəfə 3 may gecəsi yıxıldığını deyən şübhəli, yaşlı qadının üzündəki xəsarət əlamətlərinin bununla bağll olduğunu iddia edib.
Məhkəmə şübhəliyə səyahət qadağası tətbiq edib və məhkəmə nəzarəti altında azadlığa buraxılmasına qərar verib. Həmçinin, məhkəmə ondan həftədə bir dəfə polis bölməsinə gələrək qeydiyyatdan keçməsini tələb edib.
Hadisənin İlkadım rayonunun Derebahçe qəsəbəsində baş verdiyi bildirilir.
Seçilən
24
14
yeniavaz.com

10Mənbələr