AZ

Türkiyədə rusiyalı turist saxlanıldı

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyədə istirahətdə olan rusiyalı turist oteldə yerli sakinlə yaşanan mübahisədən sonra saxlanılıb.Məlumata görə, Rusiya vətəndaşları Anna və Viktor Troxinlər mayın əvvəlində Kəmər şəhərində yerləşən “Corendon Hydros Club Kemer” otelində istirahətdə olublar.Bizim.Media xəbər verir ki, mayın 12-də cütlük axşam diskotekasına qatılıb və həmin zaman Viktor Troxin ilə Türkiyə vətəndaşı Volkan arasında mübahisə yaranıb.

 

Turist xanımın sözlərinə görə, tərəflər arasında fiziki qarşıdurma olmayıb, yalnız yüksək səsli söz atışması baş verib və daha sonra hər iki şəxs otaqlarına qayıdıb.

Növbəti gün isə Volkan yerli jandarmeriyaya müraciət edərək Troxini “narahat etmə” (söyüş və xoşagəlməz davranış) ittihamı ilə şikayət edib. Bundan sonra rusiyalı turist oteldə saxlanılaraq Antalyada istintaq təcridxanasına aparılıb.Məlumata görə, turistin həyat yoldaşı artıq Rusiya Baş Konsulluğuna müraciət edib və hüquqi yardım üçün vəkillə təmin olunub. Hazırda məhkəmə iclasının tarixi açıqlanmayıb.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bizim.media

10Mənbələr