EN

Litvanın Azərbaycandakı səfirliyi “Sabah” basketbol klubunu çempionluq münasibətilə təbrik edib FOTO

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Litvanın Azərbaycandakı səfirliyi “Sabah” basketbol klubunu Azərbaycan çempionu olması münasibətilə təbrik edib.

İdman.Biz bildirir ki, səfirlik bu barədə sosial şəbəkədə paylaşım edib.

“Azərbaycan Basketbol Liqasında qalib gəlmələri münasibətilə oyunçuları, məşqçiləri və bütün “Sabah” Basketbol Klubunu təbrik edirik! Ardıcıl dördüncü dəfə! Fəxr edirik ki, çempion komandanın məşqçiləri litvalıdır: baş məşqçi Rimas Kurtinaytis, köməkçi məşqçi Aurimas Jasilionis, köməkçi məşqçi Mindaugas Janiska və fiziki hazırlıq üzrə məşqçi Laimonas Baranskas — hamısı meydanda birlikdə möhtəşəm şəkildə çalışırlar.

Bu axşam Litva ictimaiyyəti “Sabah” kutbol klubunun baş məşqçisi Valdas Dambrauskas ilə birlikdə oyunu izlədi və qalibləri təbrik etdi. Ölkədə basketbolu populyarlaşdırmaq və gənc nəsli idmanda fəal iştirak etməyə təşviq etmək üçün göstərdikləri böyük səylərə görə bütün “Sabah” İdman Klubu ictimaiyyətini və Azərbaycan Basketbol Federasiyasını təbrik edirik”, - təbrik edirik.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
41
icma.az

10Sources